Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti əsas şərtdir

12 iyun 2020 | 16:00

 

Koronovirus pandemiyası hələ də davam edir və bu gözə görünməyən bəladan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb. Təbbi ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha aktual edir. Olkə başçısı yenə bütün vətəndaşları  böyük məsuliyyətə və nizam-intizama çağırıb. Bildirib ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq  Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.”

Prezident onu da deyib ki, “Koronavirus pandemiyası başlayandan  bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik.”

Bəs ölkə vətəndaşları necə? Öz üzərinə düşən məsuliyyəti dərk edirmi?

Birmənalı şəkildə başa düşülməlidir ki, mübarizə üsullarında vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Bütövlükdə cəmiyyətin gələcəyi baxımından bu, mühüm faktordur. Məsələ ondan ibarətdir ki, istənilən ölkənin iqtidarı həyata keçirdiyi tədbirlərdə o zaman daha çox uğur qazanır ki, ona cəmiyyətdən dəstək gəlsin və vətəndaşlar həyata keçirilən tədbirləri anlayışla qarşılasınlar. Bu da vətəndaş məsuliyyəti məsələsinin yeni pandemiya mərhələsində daha da aktuallaşması anlamına gəlir. Bir sıra hallarda bu məqamı hətta intellektual təbəqə də lazımi dərəcədə qiymətləndirə bilmir. Və ya qərəzli dairələr ondan süni istifadə etməyə çalışır. İnsan azadlığı anlayışını özbaşınalıq kimi, qaydalara əməl etməməyi isə sərbəstlik kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə çalışırlar. Bu cür cəhdlərin bütövlükdə cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşmək çətin deyildir.

Məsələn, polisin nəzakətlə insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə "başqa yerdə belə qadağalar yoxdur" kimi münasibət göstərmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, onun vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmədiyi nəticəsini çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər.

Artıq pandemiya ilə mübarizədə cəmiyyətin özünü bu prosesin harasında görməsi çox əhəmiyyətlidir. Başqa cür desək, indi vətəndaşın pandemiya haqqındakı təsəvvürlərindən yekun nəticə xeyli asılıdır

Azərbaycanda müşahidə edilən proseslər göstərir ki, cəmiyyət hakimiyyətin həyata keçirdiyi tədbirləri dəstəkləyir. Bəzi ölkələrdən fərqli olaraq burada sakitlikdir və vətəndaşlar qoyulan şərtlərə əməl edirlər. Bununla yanaşı, ikinci mərhələdə prosesin əsasən vətəndaşın şəxsi davranışı ilə bağlı olması hər bir insanın daha məsuliyyətli olmasını tələb edir. Konkret desək, hər bir vətəndaşın pandemiya ilə mübarizəni kənardan verilən göstərişlərə əməl etmək məcburiyyəti kimi deyil, özünün şəxsi işi kimi qəbul etməsi zəruridir. Vətəndaş bu prosesin obyekti deyil, subyektidir. Hakimiyyətin insan sağlamlığı üçün çalışdığı kimi, insanın da özü üçün çalışması vacibdir. Sosial-mədəni, hüquqi, psixoloji və etik aspektlərdə insanların bunu dərk etməsi həm də iqtidar-xalq həmrəyliyini daha da gücləndirər.

Keçidlər