Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə sakinlərini saf və sərin su ilə təmin edən “Üç bulağın” su təminatı bərpa edilib

22 iyun 2020 | 16:00

Gəncənin Gülüstan yaşayış massivində yerləşən məşhur “Üç bulaq” bir çoxuna tanışdır. Bu bulaq uzun illər şəhər sakinlərini saf və sərin su ilə təmin edib. Bir neçə il əvvəl burada əsaslı təmir-bərpa işləri aparılıb. Nəticədə bulaq müasir görkəmə salınıb, ərazisi genişləndirilib. Eyni vaxtda daha çox insanın su götürməsi üçün bulaqların sayı artırılaraq 3-dən 10-a çatdırılıb. Bununla belə bir neçə müddət idi ki, bulağa su fasilələrlə verilirdi. Bu isə sakinlərin haqlı narazılığına səbəb olurdu.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə “Üç bulağın” su təminatı bərpa edilib. Bulaq fasiləsiz fəaliyyət göstərəcək və sakinlər günün istənilən saatında buradan su götürə biləcəklər. Bulağa su Göygöldən çəkilən içməli su xəttindən verilir. Niyazi Bayramovun tapşırığı ilə ərazidə abadlıq və təmizlik işləri də aparılıb. Bu da sözügedən ərazinin sakinlər tərəfindən istirahət güşəsi kimi istifadə etmələrinə imkan yaradır.

Keçidlər