Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü təntənə ilə qeyd edildi

26 noyabr 2013 | 16:00

Tədbirdən əvvəl iştirakçılar partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra yubiley tədbiri şəhər icra hakimiyyətinin böyük salonunda davam etdirilmişdir.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 1992-ci il noyabrın 21-də ümummilli  lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının məqsəd və məramından danışaraq demişdir ki, bu siyasi qurumun əsas ideyası müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri olmuşdur və bu gün də bütün bunlar həyatımızın bütün sahələrində öz əksini tapmışdır. Sevindirici haldır ki, ulu öndərdən sonra partiyanın sədri, prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsl qarantına çevrilmişdir. O, xalqımızın lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi-diplomatik uğurlar qazanmaqla, regionda sülhə və sabitliyə təminat yaratmaqla ölkəmizin nüfuzunu qaldırmışdır. Məhz bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətə başladığı ilk gündən gəncəlilər də ona inanmış və özlərini bu siyasi qurumun tərkibində görmək arzusunda olmuşlar. Bu gün Gəncədə partiyanın 30 min nəfərə yaxın üzvü vardır.
YAP Gəncə şəhər təşkilatının sıralarında daha çox gənclərin olduğunu diqqətə çatdıran Elmar Vəliyev onu da əlavə etmişdir ki, bu günlərdə aldığınız xoş xəbər partiyanın qazandığı növbəti uğurlardandır. Gəncə «Avropa Gənclər Paytaxtı» müsabiqəsində qalib gələrək, 2016-cı ilin «Avropa Gənclər Paytaxtı» seçilmişdir. Sözsüz ki, bu nailiyyət dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.
Toplantıda YAP Gəncə şəhər təşkilatı veteranlarının bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verilmiş, təşkilatın 30 mininci üzvünə və eləcə də yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər