Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov polisləri təbrik edib

02 iyul 2020 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “2 İyul-Polis Günü” münasibətilə polis işçilərini təbrik edib. Təbrikdə  deyilir:

"2 iyul Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür. Bu gün özündə tarixi əhəmiyyət kəsb edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış müfaviq Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin nəticəsi idi.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib.

Son aylarda dünyada geniş yayılmış COVİD-19 pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir.  Polis bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.

Azərbaycan polisinin bu xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir.  Bu peşə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə  şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir.

Hər birinizi peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizə bu yolda məsuliyyət, dözüm və səbir arzulayıram”.

Keçidlər