Azərbaycan yeni təşəbbüslərlə dünya ictimaiyyətini bir araya gətirir
Dünya COVİD-19 pandemiyası ilə üz-üzə qalmışdır. Elə bir ölkə yoxdur ki, orada pandemiya insanların həyatı və sağlamlıqları üçün ciddi problemlər yaratmasın. Artıq yüz minlərlə insan həyatını itirmiş və itirməkdədir. O cümlədən dünya dövlətlərində iqtisadi böhran başlamışdır.
Azərbaycan Respublikası da pandemiya təhlükəsi ilə ilk gündən mübarizə apaır. Qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq vətəndaş məsuliyyətsizliyi nəticəsində ölkəmizdə yoluxanların və vəfat edənlərin sayı artır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən istər yerli və regional, istərsə də qlobal səviyyədə COVİD-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin daha da gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür. Məsələn: Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının sədri kimi 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünun təşkil edilməsi əməli addımlardan biri idi. Bu görüş bir daha dünyanın diqqətini qlobal problemə cəlb etdi. Tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələrinin iştirak etməsi məsələnin daha ciddi müzakirəsinə və birgə addıların atılmasının vacibliyini bir daha bəyan etdi.
Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı daha vacib bir məsələyə toxundu. Beləki o, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Hər birimizə bəllidir ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyasının Xüsusi sessiyaları kəskin ehtiyac duyulduqda keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Prezident İlham Əliyevin bu təklifi Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və dərhal QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanladı. Qısa bir zamanda bu müraciətin müzakirə edilib dəstəklənməsi QH-nın sədrinin pandemiya ilə mübarizədə dünyanı bir daha birləşdirmək niyyətinin dəstəkləndiyini, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və ölkə başçımıza olan böyük etimadın və hörmətin növbəti göstəricisi oldu. Beynəlxalq ictimaiyyətin müxtəlif nümayəndələri bu təşəbbüsün vaxtında verilməsi ilə bağlı KİV-də maraqlı çıxışlar etməsi ilə onu dəstəklədiyi bir vaxtda yeganə olaraq işğalçı Ermənistan bu təşəbbüsə qarşı çıxaraq özünü bir daha rüsvay etdi.
Xüsusi sessiyanın keçirilməsi tarixi yəqin ki, bu günlərdə açıqlancaq. Xüsusi sessiyanın gündəliyində yeganə məsələ olacaq COVİD-19-la mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər olunması, qlobal problemin qlobal müstəvidə həllinə birgə dəstək, pandemiyadan birgə çıxmanın həlli yolları, pandemiyadan sonrakı vəziyyət və s. müzakirə ediləcək. İnanırıq ki, bu Xüsusi sessiyadan sonra birgə mübarizə nəticəsində tezliklə pandemiyadan qurtulmağın yeni yolları bəlli olacaqdır.
Məleykə Əlizadə
Tarix elmləri üzrə fəlsəfə doktoru