Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə və Göygöl rəsmiləri karantin rejimi ilə bağlı birgə reyd keçiriblər

06 iyul 2020 | 16:00

Gəncədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün həyata keçirilən maarifləndirmə xarakterli reydlər davam etdirilir. Bu çərçivədə növbəti reyd Gəncənin Hacıkənd qəsəbəsi və Göygöldə fəaliyyət göstərən İctimai iaşə və ticarət obyektlərində aparılıb. Reyd sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət edilməsinin təmin olunması məqsədi daşıyıb.

Reyddə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Gəncə şəhər prokuroru Azad Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev və Göygöl Rayon Polis Şöbəsinin rəsisi, polis polkovniki Müqalib Abdiyev iştirak edib.

Reyd koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilib. Rəsmilər Gəncənin Hacıkənd qəsəbəsi və ona yaxın olan Göygöl rayonunun ərazisindəki müxtəlif iaşə və ticarət obyektlərinə baş çəkib, sözügedən məkanlarda xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyətini araşdırıblar. Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

Keçidlər