Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Ordusu Ermənistanın Tovuz istiqamətində törətdiyi növbəti təxribata layiqli cavab verdi

16 iyul 2020 | 16:00

 

 

Məlum olduğu kimi son günlərdə Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində Ermənistanla dövlət sərhədddində erməni təcavüzkarlarının növbəti təxribatı nəticəsində ağır döyüşlər gedirdi. Hazırda isı cəbhə xəttində nisbi sakitlik hökm sürsə də, ümumi vəziyyət gərgin olaraq qalır.

Ümimi mənzərəyə qısa nəzər salaq.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirildi və o, itki verərək geri oturduruldu. Döyüş nəticəsində Azərbaycan Ordusu da şəhid verdi. Qızğın döyüşlər növbəti günlərdə də davam etdi. Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, onlarla şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edildi. Düşmən layiq olduğu cavabı aldı. 

Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirdi. Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirdi ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaq. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçınılmazdır.

Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadı və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirdi. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyul, 149 saylı bəyanatla Ermənistan tərəfinin təxribatını kəskin pislədi.

İran İslam Respublikası Xarici işlər nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirdi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha  təkrarladı.

Bununla belə Ermənistanın atəşkəsi kobud şəkildə pozmasına isə nə  ATƏT-in Minsk qrupu həmsədr ölkələri, nə Avropa Şurası, nə də digər beynəlxalq təşkilatlar tərəfindən reaksiya gəlmədi, işğalçı dövlət qınanmadı. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik məsələyə hələ də münasibət bildirməyib.

Istənilən halda Azərbaycan ordusu bugün hər cür təxribata cavab vermək iqtidarındadır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, düşmən öz layiqli cavabını həmişə alıb və bundan sonra da alacaq. Şəhidlərimizin heç bir zaman qisası yerdə qalmayacaq.

Keçidlər