Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycanda insanların rifahı daim diqqət mərkəzindədir

24 iyul 2020 | 16:00

 

Bildiyimiz kimi, Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb.

Lakin düşmən öz layiqli cavabını alıb. Belə ki, onlarla düşmən məhv edilib, hərbi texlikaları sıradan çıxarılıb

Eyni zamanda  xalqımız da milli vətənpərvərlik ruhu nümayiş etdirərək orduya dəstək aksiyası keçirib. Minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Ancaq bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.

Artıq  Azərbaycan güclü dövlətdir. Ölkəmizin  güclü iqtidarı var və ən önəmlisi xalqın dəstəyi var.  Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.

Bu günlərdə isə dövlətimizə çox güclü beynəlxalq dəstək göstərildi. Ilk dəstək hər zaman olduğu kimi qardaş Türkiyədən gəldi. Bundan baqşa Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək nümayiş etdirdi. Nəzərinizə çatdıraq ki, bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Həmçinin, 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatı, 57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 6 üzvündən 3-ü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər.

Azərbaycan Ermənistana güclü zərbə endirəndən sonra qarşı tərəf dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müdafiə üçün müraciət edtdilər. Düşmən tələb edir ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Lakin buna nail ola bilmədilər və nəticədə heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi.

Bu barədə Cənab Prezident İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunma mərasimində çıxışı zamanı  vurğulayıb. O bildirib ki, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib.

İlham Əliyev: “Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.  

Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”.

 

Keçidlər