Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ADAU-da 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib

06 noyabr 2023 | 19:34

8 Noyabr-Zəfər Günü ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, ADAU-nun rektoru Zəfər Qurbanov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Yap Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi iştirakçıları və universitetin müəllim, tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Niyazi Bayramov çıxışında bildirib ki,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək Zəfər qazandıq. Lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın növbəti və qəti qələbəsi olduğunu diqqətə çatdıran şəhər rəhbəri tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Zəfər Qurbanov bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub.

Recep Öztop tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edərək, Azərbaycan-Türkiyə münasibətilərinin bütün sahələrdə artan templə davam etdiyini deyib.

Çıxışlardan sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub.

Çıxış edən ADAU tələbələri - Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov, Həşim Həşimov və Ruhin Qasımov 44 gün davam edən döyüşlərdə Rəşadətli Ordumuzun qəhrəmanlıqlarından söz açıblar.

Daha sonra tələbələr tərəfindən hazırlanan ədəbi-bədii hissə təqdim olunub. Bədii hissədə tələbələrin ifasında təqdim olunan vətənpərvər ruhda şeir və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda bir qrup Vətən müharibəsi iştirakçısı fəxri fərmanla təltif olunub.

Keçidlər