Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ADAU-da “Məzun günü” keçirilib

27 iyun 2024 | 12:23

Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunun qarşısında ali təhsil müəssisəsinin 2024-cü il məzunları üçün təntənəli "Məzun günü" tədbiri keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Kənd Təsərrüfatı Nazirliyinin Elm təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, universitetin müəllim kollektivi və məzunlar iştirak edib.

Açıq hava şəraitində təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər Qurbanov çıxışında bakalavr və magistratura pilləsindən məzun olan bütün tələbələri təbrik edib. Rektor bildirib ki, Aqrar Universitet hər zaman məzunlarının yanındadır onları izləyir və uğurları ilə fəxr edir.

Niyazi Bayramov da məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu edib. Şəhər rəhbəri məzunlara ölkəmizin adını daim uca tutmağı, qələbəmizi öz töhfələri ilə daha da gücləndirməyi, Vətənə, dövlətə layiqli övladlar olmağı tövsiyə edib.
Çıxış edən rəsmilər də öz növbələrində məzunlara xoş arzularını dilə gətiriblar.

Daha sonra təhsilini yüksək ümumi orta göstərici ilə başa vuran fakültə birincilərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Təltiflərdən sonra ADAU-nun fəxri kötüyü universiteti birinciliklə bitirən məzunun adının həkk olunması üçün səhnəyə gətirilib. Məzun Əli Xudiyev adını fəxri kötüyə həkk edib.

Tədbir əyləncəli konsert proqramı ilə davam edib.
Sonda atəşfəşanlıq olub.

Keçidlər