AMEA Gəncə Bölməsində Gəncə tarixinin aktual problemləri müzakirə olunub
28 dekabr 2022 | 09:25
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə “Gəncə tarixinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Şuşa ili”nə həsr olunan elmi-praktik konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, tarixçilər, alimlər və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq, Gəncə şəhərinin çoxəsrlik və zəngin tarixə malik olduğunu bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini hər zaman yüksək qiymətləndirib. Bu gün isə Ulu Öndər siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Gəncəni xüsusi diqqət və qayğı ilə əhatə edirlər. Niyazi Bayramov keçirilən elmi-partik konfrasın Gəncə şəhərinin tarixinin daha dərindən araşdırılması, mövcud problemlərin aşkarlanması və gələcəkdə aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb və konfrasnın gedişatına uğurlar arzulayıb.
Fuad Əliyev çıxışında “Gəncə tarixinin aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfransın məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, elmi-praktik konfransa Bakı, Gəncə, Şəki və Lənkaran şəhərlərindən olan elm və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar qatılıb. O, konfransın “Gəncə şəhəri qədim və orta əsrlər dövründə”, “Dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti” və “Müasir dövrdə Gəncə şəhərinin inkişafı” mövzularına aid 3 bölmə üzrə aparılacağını diqqətə çatıdırb.
Məlumat üçün bildirək ki, elmi-praktik konfransa ümumilikdə 76 məruzə təqdim edilib, elmi komissiyanın qərarına əsasən bu məruzələrdən 38-i seçilərək proqrama daxil edilib və məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, elmi-praktik konfrans iki gün davam edəcək.