Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

AMEA Gəncə Bölməsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Respublika konfransı keçirilib

03 may 2024 | 14:48

“Boyaq bitki xammalları və tullantılarının emalı” mövzusunda keçirilən konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Elm və Təhsil Nazirliyinin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi, elm xadimləri və AMEA Gəncə Bölməsinin kollektivi iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər

Daha sonra AMEA Gəncə Bölməsinin foyesində şəhərdə çalışan alim və tədqiqatçıların nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Fuad Əlyev iştirakçıları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan  olunub. Akademik, bu sərəncamın müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə ziyalıların və alimlərin töhfə verməsi istiqamətində təşəbbüsləri kimi dəyərləndirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov çıxışında alimlərimizin ölkənin elmi, iqtisadi və mədəni potensialının artırılmasına verdikləri töhfələrin Azərbaycanın çiçəklənməsinə xidmət etdiyini vurğulayıb.

Yusif Şükürlü Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, respublikamızda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb.

Çıxışlardan sonra konfransın plenar iclası başlayıb.

Qeyd edək ki, iki gün keçirilən konfransda ümumi 32 məruzə dinlənilib və təşkilat komitəsi tərəfindən qəbul edilib.

Keçidlər