AMEA-nın Gəncə Bölməsində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
AMEA-nın Gəncə Bölməsində “Neft məhsulları və sənaye tullantılarının ekoloji problemləri” mövzusunda Respublika elmi konfransı baş tutub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin, AMEA-nın Gəncə Bölməsinin və ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Konfrans Dövlət Himninin səsləndirilməsi başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev çıxış edərək tədbirin Prezident İlham Əliyevin Yusif Məmmədəliyevin 120 illiyinə dair Sərəncamı çərçivəsində keçirildiyini vurğulayıb.
Plenar iclasda müxtəlif elmi-tədqiqat müəssisələrindən alimlər – AMEA-nın müxbir üzvü, professor Valeh Cəfərov, professor Sevda Əhmədova, professor İsfəndiyar Alverdiyev, dosent İmran Qasımov və digərləri məruzələrlə çıxış ediblər.
Sonra iş “Kimya sənayesi tullantıları və təkrar emalı”, “Qida və yüngül sənaye tullantılarının ekologiyası” və “Ekoloji təmiz bioenerjinin alınması” adlı bölmələrdə davam etdirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.






