Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

AQUPDK-nin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

06 mart 2025 | 15:58

Heydər Əliyev Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan dövlətinin inkişaf tarixi, qadınların dövlətin ictimai-siyasi həyatında və cəmiyyətdə rolu barədə qısametrajlı film nümayiş etdirilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib. 

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, vətəndaşlarımızın, eləcə də qadınların hüquq və azadlıqlarının təmin olunmasının əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə xalqımıza xas olan qadına hörmət mənəvi kateqoriyadan hüquqi müstəviyə keçirildi, hüquqi status alıb.

Azərbaycanda 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif edilən ilk qadın Aydan Rəhimli çıxış edib. O nitqi zamanı, bugünkü kürsüdəki çıxışını möcüzə adlandıraraq, həmkarlarının, eləcə də Hökumə Əliyevanın etdiklərinin qəhrəmanlıq və fədakarlıq nümunəsi olduğunu deyib.

Rəsmi hissədən sonra tədbir bədii proqram ilə davam edib.

Qeyd edək ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının qadın əməkdaşları və  şəhərin ictimai fəal xanımları da iştirak ediblər.

Keçidlər