Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

AQUPDK tərəfindən gender məsələləri üzrə məsul şəxslər üçün təlimlər keçirilir

23 fevral 2026 | 12:15

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlim keçirilib. Təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev iştirak edib.

Təlimin məqsədi gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin gücləndirilməsi, onlar arasında səmərəli koordinasiyanın təmin edilməsi, gender bərabərliyi sahəsində mövcud qanunvericilik və dövlət siyasətlərinin icrası ilə bağlı səlahiyyət və vəzifələrin aydınlaşdırılmasıdır.

Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində mövzu üzrə praktik yanaşmalar və institusional əməkdaşlıq mexanizmləri müzakirə edilib.

 

Keçidlər