Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

ATU-da Novruz bayramı qeyd olunub

17 mart 2026 | 18:29

Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramı münasibətilə şənlik keçirilib. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, müharibə iştirakçıları, universitet əməkdaşları və tələbələr iştirak ediblər.

Bayram proqramı çərçivəsində müxtəlif musiqi kollektivlərinin, həmçinin ATU-nun Bədii Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən tələbələrin çıxışları təqdim olunub, milli rəqslər nümayiş etdirilib.

Universitetin həyətində təşkil olunan şənlikdə Novruz ənənələrini əks etdirən süfrələr qurulub, fakültələr arasında kəndirdartma yarışı baş tutub. Bayramın rəmzləri olan Kosa və Keçəl iştirakçılara xüsusi ovqat bəxş edib.

Şənliyin sonunda bayram tonqalı alovlandırılıb.

 

Keçidlər