Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb

31 mart 2023 | 13:01

İqtisadiyyat nazirliyində Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YŞFP layihəsinin şəhər üzrə koordinatoru Səməd Tomuyev iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə keçirilən İdarəedici qrupun növbəti iclasında iştirak edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirak iclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələrin ölkəmizin “yaşıl” inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib. Tədbirdə “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.

Keçidlər