Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

AYİB bərk məişət tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələr üçün Gəncəyə 10 milyon avro sərmayə ayıracaq.

12 may 2022 | 15:27

Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 000-dən çox insan Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındakı əməkdaşlıq sayəsində şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaq.

Bu gün AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanan sazişlərdə, AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb. Layihə Gəncənin AYİB-nin "Yaşıl Şəhərlər" (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin "Yaşıl Şəhər" Tədbirlər Planının (YŞTP) inkişafına təkan verəcək.

10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq. Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha "yaşıl" nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq.

Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək. Bu tədbirlər həmçinin kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

5 milyard avro dəyərində olan AYİB Yaşıl Şəhərlər proqramı üzv şəhərlərə xüsusi olaraq "Yaşıl Şəhər" Tədbirlər Planı hazırlamaq və hər bir şəhərin şəhər problemlərini həll etmək üçün məqsədyönlü sərmayələr etməklə, ən aktual ekoloji problemlərini müəyyən etmək, prioritetləşdirmək və həll etmək üçün dəstək verir. Gəncə bu proqrama 2020-ci ildə qoşulmuşdur. Qeyd edək ki, Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir.Hazırda "Yaşıl Şəhərlər" proqramının 56 üzv şəhəri var.

Məlumat üçün bildirək ki, AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

Keçidlər