Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Dövlət Aqrar Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

06 noyabr 2024 | 18:36

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, müharibə iştirakçıları, şəhid ailələri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Mərasim Şəhidlər Xatirə Kompleksinin əsaslı təmirdən sonra açılışı ilə başlayıb. Qonaqlar Kompleksin önünə tər çiçəklər düzüb, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin inzibati binasında 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Niyazi Bayramov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun gücü ilə qazanılan Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyətindən bəhs edib. Şəhər rəhbəri torpaqlarımızın işğaldan azad olunmasında xalqın birlik və dözüm nümayiş etdirdiyini diqqətə çatdırıb. Niyazi Bayramov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib.

Zəfər Qurbanov bildirib ki, Vətən müharibəsi Qələbəsinin dördüncü ildönümü münasibətilə universitet ərazisində olan Şəhidlərin Xatirə Kompleksi yenidən qurulub. Burada yaradılan guşədə universitetin şəhid tələbə və məzunlarının fotoları öz əksinin tapıb. Rektor deyib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəni bizə bəxş edib.

Recep Öztop və Bayram Aslanov çıxışlarında tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizdən danışıblar.

Şəhid Rəvan Daşdəmirovun atası Məzahir Daşdəmirov və ADAU-nun tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov şəhid ailələrini və müharibə iştirakçılarını daim diqqətdə saxladığına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə tələbələrin vətənpərvər ruhda hazırladığı mahnı və kompozisiyalar nümayiş olunub.

Keçidlər