Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi Mir Cəlal Paşayevin Gəncədə yerləşən ev muzeyini ziyarət ediblər

08 may 2025 | 22:00
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, Əməkdar hüquqşünas İkram Kərimov və hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətləri ilə tanınan görkəmli yazıçı, böyük alim, professor Mir Cəlal Paşayevin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət ediblər.
 
Ziyarət çərçivəsində qonaqlara Mir Cəlal Paşayevin zəngin həyat yolu, pedaqoji və elmi fəaliyyəti, Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli əsərləri haqqında ətraflı məlumat verilib.
 
Tədbir iştirakçıları Mir Cəlal Paşayevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək onun irsinin gənc nəsillərə tanıdılmasının vacibliyini qeyd ediblər. Qeyd olunub ki, bu kimi ziyarətlər milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Keçidlər