Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar yeni İşçi qrupu yaradılıb

08 dekabr 2023 | 17:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2023-cü il tarixli 801s nömrəli Sərəncamının 12-ci hissəsinin icrası ilə bağlı “Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin əsas və digər icraçıları olan orqanların və ya qurumların nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.  

Yeni yaradılan İşçi qrupunun ZOOM platforması üzərindən onlayn görüşü keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev sözügedən görüşdə iştirak edib.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev “Tədbirlər Planı”nında nəzərdə tutulmuş məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra isə “Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılıb.  

Keçidlər