Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Texnologiya Universitetində "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsi keçirilib

01 may 2024 | 14:51

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.

Yarış Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Kapital Bankın, “Bir” Tələbə-Könüllü Təşkilatının, “Azersun”un, “ATS Food” və “AzGranata”nın dəstəyi ilə həyata keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, GDU-nun rektoru Yusif Yusibov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əkbərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Səriştələrin inkişafı departmentinin müdiri Fatimə Ələkbərova, “Bir” Tələbə-Könüllü Təşkilatının rəhbəri Leyla Zeynalova və universitetin kollektivi iştirak ediblər.

Yaşar Ömərov çıxış edərək müsabiqənin bölgədə bir ilk olduğunu, tələbələrin elmi-innovativ təşəbbüslərinin reallaşmasına, eləcə də təşviqinə şərait yaratdığını bildirib.

Niyazi Bayramov çıxışında ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, bucür müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxış edən natiqlər öz növbələrində müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.

Daha sonra yarışa təqdim olunan layihələrdən ibarət stendlərə baxış keçirilib.

Müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya üzrə mübarizə aparıb. Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün Sİ olmaqla hər kateqoriya üzrə 3 yer müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra yarışın qalib komandaları sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər