Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Azərbaycan Texnologiya Universitetində Karyera Festivalının açılış mərasimi keçirilib

13 may 2025 | 17:40

Azərbaycan Texnologiya Universitetində təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov,  Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, “Azersun Holding”in İstedadların İdarəedilməsi Şöbəsinin müdiri Səadət Əliyeva, həmçinin, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvləri, idarə, müəssisə, təşkilat rəhbrələri, sahibkarlar və tələbələr iştirak ediblər.

Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək bildirib ki, ATU bu ildən məzun tələbələri üçün yeni üfüqlər açır — hər il keçirdiyi Məzun Yarmarkasını Karyera Festivalı ilə əvəz edərək yeni ənənənin əsasını qoyur. Rektor qeyd edib ki, bu yeni yanaşma müasir təhsil strategiyalarına — tələbəyönümlü və bacarıqəsaslı inkişaf modelinə uyğunluğu baxımından əhəmiyyət daşıyır.

Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, festivalın əhəmiyyətindən bəhs edib və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıb.

Çıxışlardan sonra tələbələr Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 600, magistratura səviyyəsi üzrə isə 150-dən çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq təqdim edilən vakansiyalarla tanış olublar.

Bununla yanaşı, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvləri tərəfindən məzunlarla maarifləndirici söhbət də aparılıb.

Keçidlər