Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Azərbaycan Texnologiya Universitetində Məzun Günü təntənəli şəkildə qeyd olunub

21 iyun 2025 | 14:38

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, universitetin rektoru Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, “Nar” şirkətinin baş icraçı direktoru Qunnar Panke, universitetin professor-müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yaşar Ömərov builki Məzun Gününün universitetin 55 illik yubileyi təsadüf etdiyini vurğulayaraq bu əlamətdar günün əhəmiyyətindən danışıb. O, 750-dən artıq məzunun gələcəkdə də cəmiyyətə layiqli vətəndaş kimi töhfə verəcəyinə, həyat və təhsil yollarında yeni uğurlara imza atacaqlarına inandığını bildirib.

Niyazi Bayramov da çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və nailiyyətlər arzulayıb.

Digər çıxış edənlər də məzunlara ürək sözlərini ünvanlayıb, onlara həyat yollarında uğurlar diləyiblər.

Tədbir universitetin ən yüksək göstəricilərinə malik tələbələrinin təltif olunması ilə davam edib. Məzunlara təşəkkürnamələr təqdim olunub, həmçinin “Kapital Bank” və “Nar” şirkətləri tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Bayram əhval-ruhiyyəsində keçən tədbirin bədii hissəsində məzun tələbələr tərəfindən mahnı və rəqs nömrələri ifa olunub. Daha sonra Xalq artisti İlqar Muradov və müxtəlif musiqi qruplarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda məzunlar Vətənə, xalqa və dövlətə sadiq qalacaqlarına, gələcəkdə ölkəmizin inkişafı naminə böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar.

Keçidlər