Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Texnologiya Universitetində Novruz Bayramı münasibətilə el şənliyi təşkil olunub

18 mart 2024 | 14:18

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müharibə iştirakçıları, Universitetin əməkdaşları və tələbələr iştirak ediblər.

Şənlikdə universitetin həyətində Novruz adət-ənənələrini əks etdirən süfrələr qurulub, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, eləcə də səməni müsabiqəsi və tələbələr arasında kəndirdartma yarışı keçirilib. Novruzun personajları olan Kosa və Keçəl tədbirə bayram əhval ruhiyəsi qatıb.

Şənlikdə tədbirin fəxri qonaqları olan müharibə iştirakçıları və məzunlar Yaşar Ömərovla birgə bayram tonqalını alovlandırıblar.

Tədbirdə müxtəlif ansamblların, eləcə də ATU tələbələrinin ifasında müsiqilər səsləndirilib, rəqslər ifa edilib.

Keçidlər