Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Gəncədə vətəndaş qəbulu keçirib

16 yanvar 2024 | 12:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir.

Bununla əlaqədar olaraq "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev  Gəncə şəhərində vətəndaşlarla görüşüb. Görüşdən əvvəl Ruslan Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Bununla yanaşı, Mərkəzdə Ulu Öndərin muzeyinə baxış keçirib, burada ona Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib.

Daha sonra sakinləri narahat edən müraciətlər dinlənilib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Keçidlər