Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib

21 noyabr 2026 | 19:20
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 20-də Gəncədə sakinlərlə görüş keçirib.
 
Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində keçirilən qəbulda Gəncə, Samux, Göygöl və Daşkəsəndən olan sakinlər iştirak ediblər.
 
Qəbuldan əvvəl Vüqar Əhmədov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərovla birlikdə Ümummilli Lider Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb.
 
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, bir sıra məsələlərin yerindəcə həlli istiqamətində tədbirlər görülüb. Araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə yönləndirilib.
 
Sakinlər elektrik şəbəkələrində aparılan yenidənqurma işlərindən məmnunluqlarını ifadə edərək, görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər