Bakı-Qazax avtomobil magistralının Gəncə şəhərindən keçən hissəsində iməcilik aksiyası keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik şöbəsi tərəfindən Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində genişmiqyaslı iməcilik aksiyası keçirilib. Niyazi Bayramov iməcilik aksiyasının keçirildiyi əraziyə gəlib, burada görülən işlərlə yerində tanış olub. MKTİB işçiləri tərəfindən ərazi məişət tullantılarından təmizlənib. Burada olan yaşıllıq zolaqları suvarılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Niyazi Bayramov iməcilik aksiyası yekunlaşdıqdan sonra MKTİB-nin Təmizlik şöbəsinin əməkdaşları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Həmçinin şəhər rəhbəri burada yaşayan sakinlərlə söhbət edib, onların müraciətlərini dinləyib. Şəhər rəhbəri dilə gətirilən məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Qeyd edək ki, keçirilən iməcilik aksiyaları şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq davam etdiriləcək. Şəhər sakinlərindən ətraf mühitin qorunmasına həssaslıqla yanaşmaları və təmizliyə riayət etmələri xahiş olunur.