Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və aqrar siyasət” mövzusunda elmi konfrans baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Elmi-Tədqiqat İnstitutlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Bitki Mühafizə və Fumiqasiya Mərkəzlərinin rəhbərləri və ADAU-nun müəllim heyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov konfransın çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılmışdır. Bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunmuş, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılmışdır.
Konfransın davamında iştirakçıların məruzələri dinlənilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə bəxş etdiyi, kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan islahatlar həm vətəndaşların, həm də respublikamızın siyasi və iqtisadi həyatında təkzib edilməz nailiyyətlərə yol açıb. Günümüzün reallığında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar siyasət Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla, uğurla davam etdirilir.
Sonda konfransda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.