Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Bitki Mühafizə və Texniki Bitkilər ETİ və Özbəkistanın Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universiteti arasında elmi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb

17 dekabr 2024 | 13:57

Müqavilə iki ölkəni təmsil edən elmi müəssisə arasında elm sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda kadr və təcrübə mübadiləsi imkanlarının inkişafının təmin edilməsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi məqsədilə imzalanıb.

Zoom proqramı üzərindən təşkil olunan imzalanma mərasiminin moderatoru, Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universitetinin Elm və innovasiya  şöbəsinin müdiri Jumayev Şuxrat Maxsadoviç  görüşün əhəmiyyətindən danışıb.

BMTBETİ-nin direktoru İbrahim Cəfərov institutun fəaliyyəti, buradakı mövcud elmi-tədqiqat prosesi haqqında ətraflı məlumat verib. O, Özbəkistanla Azərbaycan arasında xüsusilə elm sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. İnstitutda gənc kadrlarının, doktorantların bilik və bacarıqlarını artırması üçün mövcud şəraitdən bəhs edən direktor, ümumiyyətlə  son illər elm- sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.

Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Primkulov Beqzod qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edərək imzalanan müqavilənin hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini diqqətə çatdırıb.

Universitetin beynəlxalq əlaqələrindən, müxtəlif elm ocaqları ilə birlikdə işlənən layihələrdən danışan direktor Azərbaycanla Özbəkistan arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açıb, qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.

Sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru və Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universitetinin rektoru müqaviləni imzalayıblar.

Bağlanmış ikitərəfli müqavilənin şərtlərinə görə, elm sahələrində ortaq layihələr həyata keçirmək, elmi toplantılar, konfranslar təşkil etmək, birgə elmi-tədqiqatlar aparmaq və kadr hazırlığı  məsələlərini öhdəsinə götürür.

 

Keçidlər