Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.
Bu münasibətlə Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər idarəsinin əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhuna ehtiramlarını ifadə ediblər.