Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 sentyabr 2026 | 08:08
20 sentyabr Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Bu əlamətdar tarix 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır. Bununla Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına yenidən qovuşub.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi hadisənin mühüm rəmzlərindən biri oldu.
Bu gün həmin şəhərlərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin dirçəlişinə, doğma torpaqlara qayıdışa və Böyük Qayıdışa açılan yeni səhifənin rəmzidir.






