Bugün Gəncənin ikinci dəfə raket atəşinə məruz qalmasından 4 il ötür
05 oktyabr 2024 | 12:10
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvəlləri tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından dörd il keçir.
İkinci raket atəşi 05 oktyabr 2020-ci ildə səhər saatlarında baş verib. Belə ki, 3 raket zərbəsi nəticəsində 3 nəfər mülki şəxs müxtəlif bədən xəsarətləri alıblar. Atılan raketlərdən biri Şah İsmayıl Xətai prospektində yerləşən “Grand Qafqaz” Ticarət Kompleksinə düşüb, ticarət mərkəzinə külli miqdarda ziyan dəyib. Bundan başqa, “İmamzadə” dini kompleksində də dağıntılar baş vermişdir.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.