Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

DİM-in Gəncədə dövlət qulluqçuları üçün təşkil etdiyi təlimlər davam edir

11 sentyabr 2025 | 17:48

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkar inkişafına dəstək məqsədilə keçirilən təlimlər çərçivəsində Gəncə şəhərində növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusuna həsr olunub.

Təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, həmçinin şəhərdə yerləşən digər dövlət orqanlarının nümayəndələri – müxtəlif səviyyəli dövlət qulluqçuları iştirak ediblər.

Təlim zamanı iştirakçılara dövlət qulluğu sistemində vəzifə kateqoriyalarının müəyyən olunması, kadr ehtiyatı bazasının yaradılması, ehtiyat kadrların seçilməsi meyarları, onların inkişaf etdirilməsi strategiyaları və insan resurslarının idarə olunmasında innovativ metodlar haqqında geniş məlumat verilib. Həmçinin mövzuya dair praktik nümunələr əsasında müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub.

Qeyd edək ki, bu cür təlimlər dövlət qulluqçularının ixtisas səviyyəsinin artırılması, onların funksional və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. DİM-in təşəbbüsü ilə müxtəlif bölgələrdə keçirilən bu təlimlər ölkə üzrə vahid və effektiv dövlət qulluğu sisteminin formalaşdırılmasına töhfə verir.

Keçidlər