Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə dövlət qulluqçuları üçün etik davranış qaydaları və korrupsiya ilə mübarizəyə dair təlim keçirilib

05 iyul 2024 | 11:17

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında "Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları" mövzusunda təlim keçirilib.

Təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışan bir qrup dövlət qulluqçuları iştirak ediblər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlimməmməd Nuriyev korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmçinin korrupsiya hüquqpozmalarına görə məsuliyyət və mübarizə metodları haqqında məlumat verib. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə və əldə edilən nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti və tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirib.

Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər