Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Dünya əhəmiyyətli “Qədim Gəncə” ərazisində yaşıllıq və abadlıq aksiyası keçirilib

12 iyun 2024 | 18:36


Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar, o cümlədən 15 İyun–Milli Qurtuluş Günü münasibəti ilə qoruğun ərazisinə daxil olan orta əsrlərə aid, dünya əhəmiyyətli “Qədim Gəncə” ərazisində yaşıllıq və abadlıq aksiyası keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Müşfiq Cəfərov, Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, ali, orta ixtisas məktəblərinin və peşə təhsili mərkəzlərinin kollektivləri, 1 və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərinin könüllüləri, Heydər Əliyev Park-Xiyaban Kompleksinin, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin və digər müəssisə, təşkilatların əməkdaşları iştirak ediblər. Aksiya zamanı iştirakçılar tərəfindən ərazinin müəyyən hissəsi məişət və təsərrüfat tullantılarından təmizlənib. Əraziyə 101 ədəd sərv ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Həmçinin, qoruğun giriş hissəsində buranın dövlət tərəfindən qorunduğunu, məişət və təsərrüfat tullantılarının əraziyə atılmasının qadağan edildiyini bildirən məlumat lövhəsi quraşdırılıb.

Qeyd edək ki, Gəncə şəhəri özünün zəngin mədəni irsi, maddi-mədəniyyət abidələri ilə xalqımızın milli sərvətlərinin qorunması işinə öz layiqli töhfəsini verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əlavə olunmuş siyahılara əsasən, Gəncə şəhər ərazisində qeydiyyata alınmış dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin sayı 258-dir. Bunlardan 1-i dünya əhəmiyyətli, 37-si ölkə əhəmiyyətli və 220-si isə yerli əhəmiyyətlidir.

Keçidlər