Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə qanunsuz tikinti hallarının qarşısının alınması məqsədilə monitorinqlər aparılır

08 yanvar 2026 | 11:19

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikintilərlə bağlı nəzarət tədbirləri davam etdirilir. Belə ki, şəhərin Tofiq Bağırov və Namiq Şahmuradov küçələrinin kəsişməsində torpaq sahələrinin qanunsuz zəbt edilməsi faktı aşkarlanaraq mövcud qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində yüngül konstruksiyadan ibarət köşkün qanunsuz fəaliyyəti müəyyən edilərək ərazidən kənarlaşdırılıb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. 

Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər