Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə Cihazqayırma Zavodunda istehsal həcmi artır

01 avqust 2025 | 15:59

Gəncə Cihazqayırma Zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticələri əsasında SOCAR rəhbərliyi burada yerli mexaniki qaz sayğaclarının istehsalına dair qərar qəbul edib. Bu məqsədlə “Azəriqaz” İB ilə Gəncə Cihazqayırma Zavodu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Razılaşmaya əsasən, zavod istehsal həcmini əhəmiyyətli dərəcədə artıracaq: birinci il 200 min, növbəti illərdə isə 500 min ədəd qaz sayğacı istehsal ediləcək.

Bu inkişafla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev müəssisəyə baş çəkərək istehsal prosesi ilə yerində tanış olub.

Bildirilib ki, zavod təkcə istehsalı genişləndirmir, həm də texnoloji innovasiyaları aktiv şəkildə tətbiq edir. Müəssisəyə metal emalı, plastik kütlənin formalaşdırılması və tozla boyama sahələri üzrə yeni avadanlıqlar gətirilib. Bundan əlavə, zavod istehsalın modernləşdirilməsində mühüm addım olan ağıllı (smart) sayğacların hazırlanmasına başlayıb. Müəssisə, həmçinin, yaxın gələcəkdə uzaqdan idarə edilən sayğacların da istehsalını nəzərdən keçirir.

Qeyd edək ki, istehsalın artırılması əlavə iş yerlərinin açılmasına və işçilərin ixtisasının artırılmasına gətirib çıxarır.

Keçidlər