Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

08 sentyabr 2023 | 19:06

08 Sentyabr 2023-cü il tarixində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Pərvin Kərimzadə, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhəri, Goranboy, Naftalan, Göygöl, Samux, Daşkəsən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan pedaqoji heyət iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Niyazi Bayramov bildirib ki, Gəncə şəhərində təhsil sahəsi ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunur. Şəhərin ümumtəhsil orta məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin həyata keçirildiyini, şagirdlərin təhsil alması üçün yüksək şəraitin yaradıldığını vurğulayan Niyazi Bayramov, konfransın gedişatına uğurlar arzulayıb.

Firudin Qurbanov çıxışında Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir müavini "Heydər Əliyev İli" çərçivəsində icra olunan tədbirlər, təmir edilən məktəblər, dərslik təminatı, təhsilverənlərin müasir tələblərə cavab verməsinin vacibliyi, sertifikatlaşdırma prosesi, innovativ təcrübənin yayılması, icbari təhsilin təmin olunması, əməkhaqqının stimullaşdırılması, innovativ layihələr barədə məlumat verib.

Daha sonra Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hesabatla çıxış edib.

Konfrans müddətində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin təhsilverən və təhsilalanlarından ibarət "Birlik" xor kollektivi müxtəlif musiqi nömrələri səsləndirib.

Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi təltif olunublar.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər