Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın ictimai baxışı keçirilib

09 iyun 2023 | 12:01

İctimai baxışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin teatr sektorunun müdiri Vəfa Novruzova, YAP Gəncə şəhər təşkilatının sədri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gəncə Dövlət Dram Teatrının direktoru iştirak ediblər.

Tamaşa YUĞ Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Tamaşanın ikinci rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, xareoqrafı Zeynəb Hüseynovadır.

Əsas rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, Novruz Cəfərov, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova və digər aktyorlar ifa ediblər.

Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. “Xanuma”, əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını sevə - sevə vəsf edir.
Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və aktyorların məharətli çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər