Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Dram Teatrında “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşası nümayiş olunub

01 dekabr 2023 | 15:08

C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı tərəfindən Azərbaycan dramaturqiyasının banisi, yazıçı-dramaturq Mirzə Fətəli Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah” bir pərdəli komediyası təqdim olunub.

Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Regional Onkişaf İctimai Birliyinin könüllüləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.

Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. 

Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Rəhilə Məmmədova, İlham Hüseynov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova çıxış ediblər.

Tamaşa izləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

 

Keçidlər