Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Filarmoniyası Rəşid Behbudovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edib

15 dekabr 2023 | 12:16

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, bənzərsiz ifası və səsi ilə milli musiqimizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda tanıdılmasında böyük rolu olan Rəşid Behbudovun anadan olmasının 108 illiyi təntənə ilə qeyd edilib.

Konsertdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalıları, mədəniyyət, incəsənət xadimləri və şəhər ictimaiyyəti iştirak edilər.

Konsert proqramından öncə filarmoniyanın foyesində Rəşid Behbudovun mahnılarından ibarət musiqilər səsləndirilib.

Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Əməkdar artistlər Anar Şuşalı, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, gənc ifaçılar Şaban Cəfərov, Tural Abdullayev, Rüstəm Cəfərov, Əli Məmmədov tərəfindən səsləndirilən Rəşid Behbudovun ifalarından ibarət mahnnılar gurultulu alqışlarla qarşılanıb. Həmçinin, filarmoniyanın rəqqas və balet artistləri Aygün Məsimova, Mehriban Məmmədova, Fəridə Mustafayeva, Aytəkin Kərimli, Elçin Bənicəlali tərəfindən nümayiş etdirilən teatrlaşdırılmış rəqs nömrələri tamaşaçıların böyük marağına səbəb olub.

 

Keçidlər