Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Filarmoniyasında “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı filmin təqdimatı keçirilib

08 dekabr 2023 | 14:17

Gəncə Şəhər İcra Hakimiyyətinin, Yap Gəncə şəhər təşkilatının,  Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev və Gəncə mədəniyyəti” adlı filmin təqdimatı keçirilib.

Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Doridze, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Bİtkİ Mühafİzə və Texnİkİ Bİtkİlər Elmİ-Tədqİqat İnstİtutunun direktoru, professor İbrahim Cəfərov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Qonaqlar əvvəlcə filarmoniyanın foyesində təşkil olunan Ümummili Lider Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı foto sərgi ilə tanış olublar.

Tədbir Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb.

İdeya müəllifi və rejissoru Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımovun olduğu filmdə Ümummilli Liderin Gəncə ilə olan bağlılığı, incəsənət xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri, həmçinin Gəncənin ictimai-siyasi, mədəni həyatında Heydər Əliyevin danılmaz xidmətləri əks olunub.
Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Heydər Əliyevin sevdiyi əsərlərdən ibarət konsert proqramı ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər