Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları üzrə növbəti qaliblər müəyyən olunub
01 oktyabr 2025 | 12:29
Bu gün keçirilən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yerə layiq görülüb. Qızıl medalı rusiyalı Aleksandr Filipets, bürünc medalı isə onun həmvətənlisi Boqdan Toropkin qazanıb.
İdmançılara medalları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təqdim edib.
Qeyd edək ki, Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.






