Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə İdman Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib

09 may 2024 | 15:37

08 May 2024-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və idman nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Gəncə İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Özbəkistanın Gəncədəki Fəxri konsulu Kənan Cəlilov, Quru Qoşunları komandanının müavini general-mayor Vasif Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apelliyasiyası Məhkəməsinin sədri Toğrul Əli, Gəncə şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, 12 saylı Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, “Rövşən Oğuz” Qrup MMC-nin Baş direktoru Hafiz Mustafayev, Azərbaycan Voleybol Federasiyasının Baş katibi Faiq Orucov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi Meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Daha sonra Respublika Voleybol Turnirinin açılış mərasimi baş tutub. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Niyazi Bayramov çıxışında bildirib ki, ölkəmizdə idman siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə idmanın inkişafına xüsusi diqqət yetirib. Şəhər rəhbəri onu da diqqətə çatdırıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Gəncə İdman Sarayı möhtərəm Prezident cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı istifadəyə verilib. Bu da ölkə rəhbərinin idmanın inkişafına, ö cümlədən Gəncə şəhərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir” - deyə Niyazi Bayramov qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Çıxış edən natiqlər də öz növbələrində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin bütün sahələrinə olduğu kimi, idman sahəsinə göstərdikləri misilisiz xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra açılış mərasiminin bədii hissəsi baş tutub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” Uşaq Rəqs Ansamblının “Qələbə” rəqsi,

Çıxışlardan sonra açılış mərasiminin bədii hissəsi baş tutub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” Uşaq Rəqs Ansamblının “Qələbə” rəqsi, 3 saylı Musiqi məktəbinin "Trio" qrupunun təqdimatında sözləri və musiqisi Svetlana Zəlimxanqızına aid olan  "Azərbaycanım" və Söhrab İbrahimovun bədii rəhbrəlik etdiyi Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının ifası tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bədii hissə yekunlaşdıqdan sonra Respublika Voleybol Turnirinə start verilib.

Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb. Birinci görüşdə Gəncə və Hacıqabul komandaları üz-üzə gəliblər. Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz komandası qələbə qazanaraq turniri ilk pillədə tamamlayıb.

Yekunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmilərlə birgə komandalara diplom, medal, qalib kollektivə isə kubok təqdim ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

 və Söhrab İbrahimovun bədii rəhbrəlik etdiyi Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının ifası tamaşçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Keçidlər