Gəncə məktəbliləri SAF 2025-dən yüksək nəticələrlə qayıdıblar
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 30 komanda SAF 2025 festivalında iştirak edib.
SAF 2025 festivalında iştirak edən Gəncə şəhər 41 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey və Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdlərindən ibarət “Qarabağ” komandası (Robbersoccer kateqoriyası), Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin “Zveçdoçki” komandası (VidX kateqoriyası), Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin “Creative” komandası (VidX kateqoriyası) qızıl medala layiq görülüblər.
Xəzər Universiteti Gəncə Dünya Məktəbinin “Zenith” komandası (İştirakçılar: Rüfət Gözəlov, Ceyhun Həsənzadə. Mentor: Rəna Heydərzadə) "CubeSat" kateqoriyasında ikincilik əldə edib.
Bununla yanaşı, Gəncə şəhər Fiziki, riyaziyyat və informatika təmayüllü liseyin “NeoBots”, Gəncə şəhər 7 və 10 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət “MindTricks”, Gəncə şəhər Ş,İ,Xətai adına 13 nömrəli tam orta məktəbin “CineGirls”, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli məktəb-lisey və xarici dillər təmayüllü gimnaziyanın “Wi-Fly”, Gəncə şəhər 22 və 32 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət “Level 1000”, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli və 27 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət “DeepSparks” və Gəncə şəhər Ş,İ,Xətai adına 13 nömrəli məktəbin “Code Stars” komandaları 9 fərqli kateqoriya üzrə gümüş medala layiq görülüblər!
Bütün komandaları təbrik edir, uğurlarının davamını diləyirik!






