Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Haimiyyətinin əməkdaşları DİM tərəfindən keçirilən təlimlərdə iştirak ediblər

15 oktyabr 2023 | 14:38

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərində təlimlər keçirilib. Təlimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər.

9-13 oktyabr 2023-cü il tarixlərində keçirilən təlimlərdə “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”; “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” həmçinin “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”; “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzuları ətrafında təlimçilərin məruzələri dinlənilib.

Bununla yanaşı təlimlər zamanı iştirakçılara mövzular çərçivəsində iştirakçılarıla müzakirə aparılıb və suallar cavablandırılıb.

Keçidlər