Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Orxan Qədimov təltif olunub
Məlum olduğu kimi, 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əiyev bir sıra dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Qədimov Orxan Elxan oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Orxan Qədimova təqdim edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Qədimov Orxan Elxan oğlu 28 dekabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 1999-2006-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) Ümumi iqtisadiyyat fakültəsində, 2006-2011-cu illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
2004-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantini üzrə Yevlax rayonlararası karantin məntəqəsində aparıcı müfəttiş, 2007-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin Pensiya təyinatı sektorunda aparıcı məsləhətçi, 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin Gəlirlər sektorunda aparıcı məsləhətçi, eyni zamanda müvəqqəti olaraq sektor müdiri vəzifəsində, 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsində müvəqqəti müdir müavini, 2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri, 2014-cü ildə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Göygöl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunu müdiri-direktor müavini, eyni ildə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Göygöl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 2016-cı ildə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin müdiri, 2019-cu ildə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi, 2021-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası böyük məsləhətçi – məsul katib vəzifələrində çalışıb. 2022-ci ildən hal-hazıradək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətşi vəzifəsində çalışır.
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür
Ailəlidir, 3 övladı var.