Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla birgə şəhərdə fəaliyyət göstərən bir sıra sənaye müəssisələrində olub
Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop şəhərdə faəliyyət göstərən bir sıra sənaye müəssisələrində olub. Onu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev müşaiyət edib.
Əvvəlcə “Azəralüminium” MMC-ni ziyarət edən rəmilər, burada istehsal prosesi ilə tanış olub, müəssisədə istehsal olunan məhsul çeşidi və həcmi, o cümlədən ixrac olunan ölkələr barədə məlumatlandırılıblar.
Daha sonra “Gəncə Şərab-2” ASC-yə baxış keçiriblər. Müəssisədə olarkən, burada yeni istifadəyə verilmiş şampan şərabı istehsal xəttinin işi ilə də yerində tanış olublar. Bildirilib ki, yeni istifadəyə verilmiş xətt məhsul çeşidinin və bazarda rəqabət qabiliyyətinin artmasına şərait yaradacaqdır.
Recep Öztop və Adil Tağıyev müssisələrin fəaliyyətinə uğurlar arzulayıblar.