Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev yeni yaradılan istehsal müəssisəsində olub

06 aprel 2023 | 15:26

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev “Mehmanoğlu Yem və Taxıl” MMC-də görülən işlər və yaradılan şəraitlə tanış olub.

Yeni yaradılan müəssisədə quş, iri və xırda buynuzlu heyvanlar üçün yem istehsal edilicək. Müəssisənin istehsal gücü saatda 10 ton təşkil edir. Bununla yanaşı, burada ümumi həcmi 30 min ton olan 4 ədəd taxıl saxlama çənləri quraşdırılıb.

İlkin olaraq 20 nəfərin işlə təmin edildiyi müəssisədə işçi sayının 30-a çatdırılması nəzərdə tutulur.

Burada quraşdırılan avadanlıqlar və yaradılan iş şəraiti ilə yaxından tanış olan Adil Tağıyev, müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.

Keçidlər